Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
gununnebzi.az Metbuat.az istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib.
2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib.
2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb.
2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ilin noyabr ayından bu günə kimi isə "Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.
ETSN-da aparat rəhbəri vəzifəsində çalışıb.
Vüqar Kərimov Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixində imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, V. Kərimov Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifi, yeni nəşr "Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir.
Bölməyə aid digər xəbərlər