15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
YAP-a birləşən siyasi partiyaların nümayəndələrinə üzvlük vəsiqələri təqdim olunub

YAP-a birləşən siyasi partiyaların nümayəndələrinə üzvlük vəsiqələri təqdim olunub

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

GununNebzi.az
xəbər verir ki, tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır.

Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında da bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.

Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Tarix: 4-08-2021, 22:47 Oxunub: 132


Bölməyə aid digər xəbərlər