15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Qırmızı Xaç Komitəsinin nümayəndələri Qarabağa yalnız Azərbaycandan gedə bilər

Qırmızı Xaç Komitəsinin nümayəndələri Qarabağa yalnız Azərbaycandan gedə bilər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Rusiya sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərinə yalnız respublikamızdan keçərək gedə bilər.

GununNebzi.az
xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenlə görüşündə bildirib.

Ə.Nağıyev qeyd edib ki, regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə etməklə mümkündür.

Qeyd edək ki, Əli Nağıyev həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədridir.

Tarix: 20-10-2021, 11:56 Oxunub: 274


Bölməyə aid digər xəbərlər