02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
DTX hərbçilərinin maaşı artırıldı

DTX hərbçilərinin maaşı artırıldı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

GununNebzi.az
xəbər verir ki, Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.


Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilməlidir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ödənilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tarix: 23-12-2021, 16:49 Oxunub: 198


Bölməyə aid digər xəbərlər