21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Ermənistan UNESCO-ya qarşı – Nazir açıqladı

Ermənistan UNESCO-ya qarşı – Nazir açıqladı

“İndiyə qədər UNESCO-nun missiya göndərməməsinin səbəbi erməni tərəfidir”.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bu gün biz UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsini gündəmə gətiririk. Amma bizim burada xatırlamalı olduğumuz vacib məqamlar var. Hansısa məsələlərin müzakirəsi barədə Azərbaycan cəmiyyətinə məlumatlar verilir. Ancaq Azərbaycan cəmiyyəti tam əmin olmalıdır ki, bütün uyğun beynəlxalq platformalarda Azərbaycan dövləti bütün lazımi addımları atır. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu sənədlərdə əks olunur. Bu yalnız Azərbaycanın səsləndirdiyi və qeyd etdiyi məqamlar deyil”, - deyə nazir vurğulayıb.

Tarix: 10-02-2022, 11:57 Oxunub: 62


Bölməyə aid digər xəbərlər