21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
XİN qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyinə cavab verdi

XİN qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyinə cavab verdi

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Məlum olduğu kimi, DTX-nin 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub”, - deyə L.Abdullayeva vurğulayıb.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayaraq Xarici İşlər Nazirliyində qanun pozuntuları aşkar edildiyini bildirmişdi.

Tarix: 10-02-2022, 18:30 Oxunub: 120


Bölməyə aid digər xəbərlər