23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
23:39 / 25-11-2024
Sumqayıtda “Bəy hamamı” yandı - Yenilənib+Video
23:37 / 25-11-2024
İlham Əliyev Trampa zəng vurdu
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri Rusiya mediasının diqqət mərkəzindədir - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri bu ölkənin mətbuat orqanlarının diqqət mərkəzindədir.
GununNebzi.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Prezident Vladimir Putinlə apardığı danışıqlar, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması, Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanışlıq və Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü Rusiya mediasında geniş işıqlandırılıb.
“Rossiya-1” telekanalının “Vesti” proqramın Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Kremldə keçirilən görüşündən hazırladığı materialda bildirilir ki, Bakı və Moskva arasında tərəfdaşlığın yeni səhifəsini açan görüş iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Süjetdə qeyd olunur ki, tərəflər mühüm ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər. Azərbaycan Prezidentinin rusiyalı həmkarını Bakıya dəvət etdiyini vurğulayan “Rossiya-1” kanalının müxbiri planlaşdırılan səfərin əhəmiyyətinə diqqət çəkib.
Rusiyanın “Pervıy” telekanalı Azərbaycan Prezidentinin Moskvaya səfərinin əhəmiyyətini xüsusi qeyd edib. Görüşdə Ukrayna ilə yanaşı, Qarabağ ətrafında vəziyyətin də müzakirə edildiyinin qeyd olunduğu süjetdə V.Putinin regionda vəziyyəti müsbət qiymətləndirdiyi, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vurğuladığı əksini tapıb.
TASS agentliyi iki ölkə liderlərinin Moskva danışıqlarının başlıca yekununun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması olduğunu yazıb. Agentliyin materiallarında bildirilir ki, Rusiya və Azərbaycan milli maraqlara cavab verən, üçüncü tərəfə qarşı yönəlməyən hərbi-texniki sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşündən də geniş xəbər hazırlayıb. Görüşdə Azərbaycan ilə Rusiya arasında mühüm strateji məsələlərə toxunulduğu diqqətə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanışlığı, eləcə də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü barədə ətraflı material təqdim olunub.
Rusiyanın digər aparıcı KİV-ləri, o cümlədən “RİA Novosti”, “İnterfaks” agentlikləri, “İzvestiya”, “Kommersant” qəzetləri, “News.ru” portalı, “Mir” telekanalı da oxucu və izləyicilərinə Azərbaycan liderinin Moskva səfərinin əhəmiyyətindən bəhs edən materiallar yayıb.
“Vestnik Kavkaza” agentliyi yazır ki, Azərbaycan ilə Rusiya arasında imzalanan Moskva Bəyannaməsi çox böyük önəm kəsb edir. Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı, öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar. Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-02-2022, 21:20 Oxunub: 138
Bölməyə aid digər xəbərlər
20-07-2021, 19:56
İlham Əliyevin Putinlə görüşü başladı
22-02-2022, 16:34
İlham Əliyev və Rusiya Prezidenti arasında təkbətək görüş başladı
21-02-2022, 17:43
Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq
22-02-2022, 20:34
Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı
2-07-2020, 19:00
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib