10:22 / 19-12-2024
Neftimiz bahalaşdı
XİN rəhbərindən Ukraynadakı vəziyyətlə bağlı açıqlama

XİN rəhbərindən Ukraynadakı vəziyyətlə bağlı açıqlama

“Ukrayna və Ukrayna ətrafındakı proseslər müzakirə olundu. Yanaşma ondan ibarətdir ki, bu durum çox ciddi narahatlıq yaradır”.

GununNebzi.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Artıq itkilərin, qurbanların sayı artır. Bu məsələdə həm Azərbaycan, həm də Türkiyə beynəlxalq təşkilatlarda çox məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan dövləti məsələlərin beynəlxalq hüquqa əsaslanaraq dialoq vasitəsilə həllinin tərəfdarıdır. Ukrayna və Rusiya arasında danışıqların iki raundu keçirilib. Bu danışıqların davam etməsi olduqca vacibdir. Ümid edirik ki, bu danışıqlarda hansısa müsbət nəticə əldə oluna bilər”, -Bayramov bildirib.

Nazir qeyd edib ki, Ukraynada olan vətəndaşların təxliyəsi zamanı hər iki ölkənin diplomatik nümayəndəlikləri birlikdə çalışır: “Təxliyə prosesi zamanı Türkiyə və Azərbaycan vətəndaşları arasında heç bir fərq qoyulmur”.

Tarix: 5-03-2022, 15:32 Oxunub: 34


Bölməyə aid digər xəbərlər