13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
İlham Əliyev Şarl Mişeli təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şarl Mişelə Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.
GununNebzi.az xəbər verir ki, Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrik mətnində deyilir:
“Hörmətli cənab Mişel,
Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur.
Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır.
Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaqdır.
İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-03-2022, 10:43 Oxunub: 103
Bölməyə aid digər xəbərlər
24-03-2022, 23:14
Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçildi
15-02-2022, 16:52
İlham Əliyev Ştaynmayeri təbrik etdi
2-06-2021, 23:20
Şarl Mişel İlham Əliyevə zəng edib
18-07-2021, 19:14
Şarl Mişelin Azərbaycana səfəri başa çatdı