02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Kosovonun tələblərini əsassız hesab edirik” - Kreml

“Kosovonun tələblərini əsassız hesab edirik” - Kreml

“Kremldə Kosovonun tələblərini əsassız hesab edirlər, Moskva Serbiyanı dəstəkləyir”.

GununNebzi.az
xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Serbiyanı tamamilə dəstəkləyirik. Biz Kosovo serblərinin yanındayıq, hesab edirik ki, bunlar tamamilə əsassız tələblərdir”, - o bəyan edib.

Peskov bildirib ki, Kosovo ilə münaqişənin həllində serblərin hüquqları qorunmalıdır.

Rusiya liderinin mətbuat katibi, həmçinin vurğulayıb ki, RF Serbiyanın sülhsevər konstruktiv mövqeyini dəstəkləyir.

Qeyd edək ki, bu günlərdə regionda vəziyyət pisləşib. Serbiya icmalarında yerli Kosovo hökumətinin avqustun 1-dən serb nömrələri və müvafiq serb sənədləri olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulması barədə qərarına etiraz əlaməti olaraq yolları bağlamağa və barrikadalar qurmağa başlayıblar. Buna görə Serbiya-Kosovo inzibati sərhədində bir neçə buraxılış məntəqəsini müvəqqəti olaraq bağlamaq lazım olub.


(qafqazinfo)

Tarix: 1-08-2022, 15:27 Oxunub: 32


Bölməyə aid digər xəbərlər