02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşü keçirildi - Fotolar

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşü keçirildi - Fotolar

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

GununNebzi.az
xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.


***

Görüşün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

***

Mikayıl Cabbarov öz tviter hesabında görüşdən fotolar paylaşaraq bildirib: “Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Bugünkü görüş dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması oldu.
Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir”.
Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşü keçirildi - Fotolar
Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşü keçirildi - Fotolar
Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşü keçirildi - Fotolar

Tarix: 2-08-2022, 15:05 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
27-06-2022, 12:52 Bakı Bəyannaməsi imzalandı