Prezident İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik ünvanlayıb.
GununNebzi.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,
Dost Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Xoş ənənəyə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Cibuti münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda mövcud olan faydalı əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bölməyə aid digər xəbərlər