02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Deputatların bu xərclərinin az olmasından şikayətləndi

Deputatların bu xərclərinin az olmasından şikayətləndi

“Xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqla bağlı gələn ilin dövlət büdcəsindən 130 milyon manat ayrılıb. Bu da ötən illə müqayisədə 6-7 milyon artıq vəsait deməkdir”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O, eyni zamanda deputatların ezamiyyə xərclərinin az olmasından şikayətlənib: “İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və onun havadarları Azərbaycana qarşı beynəlxalq arenada kampaniyaya başlayıb. Təbii ki, deputatlarımız müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini izah edirlər. Bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasına ehtiyac var".

Səməd Seyidov Azərbaycanın xarici ölkələrdə olan səfirliklərinin sayının artırılmasının vacibliyini də qeyd edib: “Səfirliklərin sayı və xarici ölkələrlə əlaqələr genişlənməlidir. Vaxt gəlib çatıb ki, xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq. Araşdırmalıyıq ki, hansə ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”.


(Qafqazinfo)

Tarix: 11-11-2022, 12:49 Oxunub: 33


Bölməyə aid digər xəbərlər