01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
“İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər”

“İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər”

“Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir”.

GununNebzi.az
xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında bildirib.

Albaniya ilə Azərbaycanın parlamentlərarası əməkdaşlığından danışan Bayram Beqay iki ölkə arasında dostluq qruplarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu istiqamətdə atılacaq addımların çox ola biləcəyini söyləyən Albaniya Prezidenti deyib: “İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər”.

“Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm”, - deyə Bayram Beqay əlavə edib.

Tarix: 15-11-2022, 19:26 Oxunub: 11


Bölməyə aid digər xəbərlər