02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Bu, insanlar arasında haqlı narazılığa səbəb olur”

“Bu, insanlar arasında haqlı narazılığa səbəb olur”

“Səhiyyə xərclərinə, eyni zamanda səhiyyənin digər sahələrinə ayrılan vəsaitlərdə artım nəzərdə tutulur”.

GununNebzi.az
xəbər verir ki, bunu bu gün Milli Məclisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Deputat, eyni zamanda qeyd edib ki, ölkədə İcbari Tibbi Sığorta tətbiq olunur və bu, əhali tərəfindən məmnunluqla qarşılanıb: “Lakin hələ ki onkoloji xəstəliklər İcbari Tibbi Sığorta ilə əhatə olunmur. Bu gün İcbari Tibbi Sığorta Fondunun imkanları yüksəlib. İcbari Tibbi Sığorta onkoloji xəstəlikləri əhatə edə bilər. Bu xəstəliklərin sığorta ilə əhatə olunmaması xəstəliyin adekvat müalicəsinə maneə törədir və insanlar arasında haqlı olaraq narazılığa səbəb olur. Eyni şeyi autizm xəstəlikləri ilə bağlı da deyə bilərəm”.

Onun sözlərinə görə, insanlar arasında dərmanların vasitələri ilə bağlı xeyli narazılıq var. Dərman məsələləri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var: “Bizdə olan məlumata görə, dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanıb. Əminik ki, bu proqramın həyata keçirilməsi dərman vasitələri sahəsində olan problemləri həll edəcək. Lakin mən hesab edirəm ki, belə sənədlər hazırlanarkən mütəxəssis deputatlar da cəlb olunsa, yaxşı olar”.

(Qafqazinfo)

Tarix: 17-11-2022, 12:19 Oxunub: 38


Bölməyə aid digər xəbərlər