10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Vasif Talıbovsuz ilk iclas başlayır - Yenilənir

Vasif Talıbovsuz ilk iclas başlayır - Yenilənir

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçiriləcək.

GununNebzi.az
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyanın müzakirəsinə bu məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verib. Naxçıvan Ali Məclisinin qapalı keçirilən iclasında onun vəzifəsindən azad olunması ilə bağlı qərar səsə qoyularaq qəbul olunub. Ali Məclis sədrinin vəzifələrinin müvəqqəti icrası birinci müavin Azər Zeynalova tapşırılıb.

(Qafqazinfo)

Tarix: 10-01-2023, 11:41 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
21-12-2022, 13:09 Vasif Talıbov istefa verdi