12:16 / 20-01-2025
Kamran Əliyevdən tövsiyə
12:13 / 20-01-2025
Prezident Şəhidlər xiyabanında - Fotolar
07:47 / 20-01-2025
Lənkəranda bazar yandı - VİDEO
07:44 / 20-01-2025
Tiktok ABŞ-da fəaliyyətini bərpa etdi
07:39 / 20-01-2025
Türkiyə Ermənistana təşəkkür etdi
07:36 / 20-01-2025
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
07:35 / 20-01-2025
Qaytarılan girovlardan birinin barmaqları yoxdur - FOTO
22:53 / 19-01-2025
Mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edildi
22:51 / 19-01-2025
Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı - Paylaşım
21:01 / 19-01-2025
Bakıda gecə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video
13:21 / 19-01-2025
Bakıda yağış yağacaq, güclü külək əsəcək
13:16 / 19-01-2025
İmişlidə YPX naryadı niyə “miqalka”dan və siqnaldan istifadə edir? - Ekspert rəyi
13:15 / 19-01-2025
İmişlidə saxlanılan şəxslər vəkillə təmin olundu
09:18 / 19-01-2025
“TikTok” artıq ABŞ-də bağlıdır - Foto
23:55 / 18-01-2025
DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir - Açıqlama
21:58 / 18-01-2025
Abdolbari Gozal vəfat etdi
21:56 / 18-01-2025
Hökümənin atasının bank kartından pul oğurlayan şəxs həbs edildi - Foto
19:57 / 18-01-2025
Suriyadan Rusiya və İranla bağlı qadağa
15:28 / 18-01-2025
İmişlidə yol qəzası - 2 uşaq həyatını itirdi+Yenilənib
12:08 / 18-01-2025
Metroda səs-küy salan şəxs həbs edildi
12:03 / 18-01-2025
Prezident Hakan Fidanı qəbul etdi
10:00 / 18-01-2025
İki məktəb direktoru vəzifəsindən azad edildi
07:30 / 18-01-2025
“Evdə tək” filmindəki ev satıldı - Foto
22:41 / 17-01-2025
Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama
22:04 / 17-01-2025
Cahangir Əsgərovun xanımı vəfat etdi
22:02 / 17-01-2025
Fərid İsmayılov həbs olundu - Yenilənib
21:57 / 17-01-2025
ABŞ-nin Azərbaycandakı səfirinin arxasınca su tökdülər - Fotolar
20:51 / 17-01-2025
Arayikgilin məhkəmədən - Fotoları
17:29 / 17-01-2025
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi
XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT
Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb.
GununNebzi.az xəbər verir ki, bəyanatda bildirilib:
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik".
Bölməyə aid digər xəbərlər

Tarix: 19-01-2023, 10:39 Oxunub: 30
Bölməyə aid digər xəbərlər
20-01-2021, 09:12
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
17-02-2022, 17:49
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi
20-01-2021, 08:56
20 Yanvar faciəsindən 31 il ötür
17-11-2021, 12:56
XİN bəyanat yaydı
26-07-2020, 10:37
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT