15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycan kəşfiyyatı İrəvanda çaxnaşma yaratdı: Erməni xüsusi xidmət orqanları BİABIR OLDU

Azərbaycan kəşfiyyatı İrəvanda çaxnaşma yaratdı: Erməni xüsusi xidmət orqanları BİABIR OLDUErmənistanda Azərbaycan xüsusi xidmət orqanlarının ermənilərdən informasiya əldə etdiyinə dair iddialar gündəmə gəlib.



GununNebzi.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNS) Azərbaycan kəşfiyyatının fəaliyyətinə dair açıqlama yayıb.



Açıqlamada iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanları Ermənistanın müxtəlif mobil operatorlarının nömrələrindən istifadə edərək, ermənilərə zəng edir, onlardan erməni hərbi birləşmələrindəki vəziyyət və digər məsələlərlə bağlı məlumatlar əldə edir.



“094-39-75-95 və 093-52-72-08 nömrələrindən istifadə etdikləri müəyyənləşdirilib. Bu nömrələrdən gələn zənglərə cavab verməyin”, - açıqlamada bildirilir.



Bu məlumat Ermənistan SNS-in Feysbuk səhifəsində yayımlanmışdı. Lakin sonradan məlumat səhifədən silindi.



168.am saytı məsələni araşdırmağa çalışıb. Saytın sorğusuna verilən rəsmi cavabda bildirilib ki, guya məlumatın silinməsi texniki problemlə bağlıdır və tezliklə bu problem həllini tapacaq. Təxminən 3-4 saatdan sonra məlumat yenidən peyda olub.



Məlum nömrələr Ermənistanın “Viva-MTS” mobil operatoruna məxsusdur. Mobil operator bununla bağlı yaydığı rəsmi açıqlamada bildirib ki, həmin nömrələr peşəkar sosioloji araşdırmalar aparmaq üçün hüquqi şəxslərə verilib.



“Viva-MTS” həmçinin server və şəbəkə sistemlərinin beynəlxalq inormasiya təlükəsizliyi menecmenti İSO/İEC27001/2013 tələblərinə uyğun haker hücumlarından qorunduğunu vurğulayıb.



“Bu nömrələr sorğular üçün istifadə olunub, server və şəbəkə sistemləri həklənməyib”, - məlumatda qeyd olunur.



168.am yazır ki, əslində hər şey uydurmadan başqa bir şey deyil.



“BMT-nin Ermənistandakı nümayəndəliyi tərəfdaşları vasitəsilə əhali arasında koronavirusla bağlı araşdırma aparıb. Bir çox vətəndaşa zəng edərək, pandemiya ilə bağlı suallar verilib. Zəng edilən vətəndaşlardan biri Feysbukda “azərbaycanlılar zəng edərək, məlumat əldə edir, ehtiyatlı olun” tipli status yazıb. Milli təhlükəsizlik xidməti də heç bir dəqiqləşdirmə aparmadan bu statusu əsas götürərək, “şeytan axtarışına” başlayıb. Əldə etdiyimiz məlumata görə, hətta sorğu şirkətlərinin rəhbərləri də təhlükəsizlik xidmətinə çağırılaraq, dindirilib. Bu dindirmələrdən sonra zənglərdə Azərbaycanın izi olmadığını başa düşüblər, lakin SNS-in gənc, təcrübəsiz rəhbəri baş nazirin gözünə girmək üçün belə bir “əfsanə” uydurub”, - sayt yazır.



Mənbə: Publika.az


Tarix: 25-07-2020, 17:55 Oxunub: 175


Bölməyə aid digər xəbərlər