02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım

XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım

“Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir.

“Bu gün azərbaycanlı mülki şəxs minanın partlaması nəticəsində ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən sonra mina səbəbindən ölən və yaralananların sayı 284 nəfərə çatıb. Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdırlar”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.

Tarix: 9-03-2023, 17:06 Oxunub: 18


Bölməyə aid digər xəbərlər