20:11 / 05-11-2024
Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək
20:07 / 05-11-2024
Azərbaycan Ermənistanın təkliflər paketinə cavab verib
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
18:06 / 05-11-2024
Baş nazirdən bu qurumla bağlı - Qərar
18:02 / 05-11-2024
Həmin uşaq evlərinin işçiləri cəzalandırıldı - Zorakılıq olub
18:00 / 05-11-2024
Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - Fotolar
17:49 / 05-11-2024
Salyanda məktəbli intihar etdi
13:30 / 05-11-2024
İcra başçısının bacısı oğlu qəzada öldü
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
10:09 / 05-11-2024
Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanıldı
10:08 / 05-11-2024
Küləkli havaya görə sürət həddi endirildi
10:06 / 05-11-2024
Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq etdi
10:05 / 05-11-2024
Prezidentdən sammit iştirakçılarına müraciət
07:20 / 05-11-2024
Maşının nömrəsini oğurlayıb “Range Rover“ə bağladılar
07:17 / 05-11-2024
“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər”
07:15 / 05-11-2024
“Onlar bundan nəticə çıxarmalıdırlar” - Ramil Usubov
01:33 / 05-11-2024
ABŞ seçkilər zamanı Milli Qvardiyanın köməyindən istifadə edəcək
01:27 / 05-11-2024
Bu şəxslərə pulsuz viza veriləcək
23:44 / 04-11-2024
Etibarnamə ilə bağlı ənənəvi problem həll olundu - DİN-dən yenilik+Video
18:22 / 04-11-2024
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:17 / 04-11-2024
Xanlar Vəliyev Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdü - Fotolar
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
16:23 / 04-11-2024
Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir
15:41 / 04-11-2024
Neftçalada yanğın, 1 nəfər öldü
15:22 / 04-11-2024
Naxçıvan şəhərinə icra başçısı təyin edildi
15:19 / 04-11-2024
Zaqatalada körpə doğuş vaxtı öldü
15:17 / 04-11-2024
Naxçıvan şəhərinə icra başçısı təyin edildi
15:16 / 04-11-2024
Azərbaycanda yeni telekanal açıldı
12:17 / 04-11-2024
İldırımzadə bu işə görə həbsə düşübmüş - Yarım milyonluq dələduzluq
DTX-də təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi - Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib.
GununNebzi.az xəbər verir ki, Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak ediblər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırmışdır. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd etmişdir. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulayıb.
General-polkovnik Əli Nağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.
DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.
Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd etmişdir ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.
Xidmət rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.
Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət oxunmuş, ölkə başçısına göstərdiyi etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunmuş, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilib.
Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira - məxfi menyu” sənədli filmi nümayiş olunub.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-03-2023, 19:30 Oxunub: 9
Bölməyə aid digər xəbərlər
12-12-2022, 14:42
DTX-nin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər - VİDEO
10-05-2022, 11:59
DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdilər - VİDEO
11-12-2021, 15:23
DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR
12-12-2020, 13:50
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etdi - FOTO
10-05-2022, 09:49
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi