21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Naxçıvan Hərbi Prokurorluğunun tabelik qaydası DƏYİŞİR

Naxçıvan Hərbi Prokurorluğunun tabelik qaydası DƏYİŞİR

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır.

GununNebzi.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.

Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix: 11-04-2023, 13:39 Oxunub: 12


Bölməyə aid digər xəbərlər