21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Spiker Rusiyada azərbaycanlı əsirlərin məsələsini qaldırdı

Spiker Rusiyada azərbaycanlı əsirlərin məsələsini qaldırdı

“Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi qiymət verməlidirlər”.

GununNebzi.az
xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı bildirib.

S.Qafarova beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.

Spiker diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb:

“Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Aprelin 13-də sosial şəbəkələrdə Hüseyn Axundovun Ermənistanda döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.

(Qafqazinfo)

Tarix: 14-04-2023, 15:44 Oxunub: 13


Bölməyə aid digər xəbərlər