02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Partiya sədri yenidən "Banditotdel"ə ÇAĞIRILDI

Partiya sədri yenidən "Banditotdel"ə ÇAĞIRILDI

Anar Əsədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının başqanı hazırda Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, partiya sədri istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib.

Qeyd edək ki, A.Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Şikayətçilər onu borclarını qaytarmamaqda ittiham edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Tarix: 20-04-2023, 22:35 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
13-09-2021, 20:03 Fuad Muradov saxlanıldı