01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
"Bu gün İrəvan və Bakı arasında siyasi iradə təsdiqlənəcək" - Şarl Mişel

"Bu gün İrəvan və Bakı arasında siyasi iradə təsdiqlənəcək" - Şarl Mişel

“Bu gün baş tutacaq görüş çox vacibdir. Bildiyiniz kimi, bir neçə həftə öncə Brüsseldə hər iki liderlə - Azərbaycan və Ermənistan liderləri ilə bizim görüşümüz olmuşdu”.

GununNebzi.az
xəbər verir ki, bu barədə bu gün Kişinyovda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə bildirib.


“Biz Brüsseldə bəzi addımlar atmışdıq. Mən ümid edirəm ki, biz bu gün Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması istiqamətində daha çox tərəqqi əldə etmək üçün siyasi iradəni təsdiqləyəcəyik”, - Şarl Mişel deyib.

Qeyd edək ki, “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.

Tarix: 1-06-2023, 14:15 Oxunub: 11


Bölməyə aid digər xəbərlər