20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Vüsal Qasımlıya müavin təyin edildi

Vüsal Qasımlıya müavin təyin edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlıya müavin təyin edilib.

GununNebzi.az
xəbər verir ki,Bu barədə Mərkəzdən məlumat verilib.

Məlumata görə, Prezident İlham Əliyevin sərəncamları ilə bir sıra dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi İİTKM-yə həvalə edilib. Bu çərçivədə Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Rəşad Hüseynov monitorinq və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin olunub.

Həmçinin İİTKM-də aparılan struktur islahatları nəticəsində Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb, yeni təyinatlarla bu şöbənin potensialı gücləndirilib. Belə ki, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub. İstanbul Ticarət Universitetində təqaüd ilə beynəlxalq ticarət və Avropa Birliyi hüququ ixtisası üzrə doktorantura təhsil alan İ.Babayev bundan əvvəl Təhsil Nazirliyi sistemində bir sıra vəzifələrdə çalışıb.

Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin olunub. Onların hər ikisi daha əvvəl İqtisadiyyat Nazirliyinin strukturlarında fəaliyyət göstərib.

Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Prezident təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.

İİTKM-də monitorinq və qiymətləndirmə institutu müasir idarəetmə texnologiyaları, rəqəmsal həllər, qabaqcıl nəticə əsaslı metodologiya və bacarıqların inkişaf etdirilməsi ilə yüksək səviyyədə təşkil edilib.

Tarix: 8-06-2023, 16:02 Oxunub: 21


Bölməyə aid digər xəbərlər