00:44 / 16-01-2025
Uzun müddət sonra Qəzzada xoşbəxt anlar - Video
23:58 / 15-01-2025
Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı məlumat yaydı
18:48 / 15-01-2025
300-dən çox məktəbdə telefon qadağan edilib - RƏSMİ
18:45 / 15-01-2025
Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - YENİLƏNDİ
18:43 / 15-01-2025
Qar yağacaq - XƏBƏRDARLIQ
17:38 / 15-01-2025
DİN-dən vatsapda yayılan xəbərdarlıq mesajı barədə - Açıqlama
17:36 / 15-01-2025
Prezident Fərman imzaladı
17:35 / 15-01-2025
Sabah bu ərazidə qaz olmayacaq
17:33 / 15-01-2025
Zelenski Polşadadır - Video - Yenilənib
17:32 / 15-01-2025
Bunun üçün icazə tələb olunmayacaq
17:28 / 15-01-2025
Ötən il ən çox bu məhsullar bahalaşıb - Siyahı
17:27 / 15-01-2025
Ermənistan Rusiyaya nota verdi
17:18 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:51 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:50 / 15-01-2025
Azərbaycanda dini qurumlara bu qədər pul ayrıldı - Siyahı
16:46 / 15-01-2025
Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi
16:40 / 15-01-2025
Ağ Şəhərdə mənzildə partlayış - Yenilənib - Video
10:41 / 15-01-2025
“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN
10:23 / 15-01-2025
Bacısının evində dəm qazından boğuldu
10:22 / 15-01-2025
İşlədikləri mağazadan 148 televizor oğurladılar
01:31 / 15-01-2025
ABŞ Ermənistanla o sazişi imzaladı
00:56 / 15-01-2025
Türkiyədə saxta içkidən 11 nəfər öldü
00:49 / 15-01-2025
Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi
00:38 / 15-01-2025
Hafiz Hacıyevin “pensiya almıram” iddiasına - Rəsmi cavab
20:29 / 14-01-2025
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
20:25 / 14-01-2025
Məktəbli qız qızdırmadan öldü
20:23 / 14-01-2025
Plastik cərrahlar efirlərə buraxılmayacaq
18:48 / 14-01-2025
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var”
17:17 / 14-01-2025
Dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
17:02 / 14-01-2025
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
13:04 / 14-01-2025
Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar
08:21 / 14-01-2025
“Kiyevə gəl” - Zelenskidən Fitsoya cavab
“Rusiya XİN-in sülh prosesini şərh edən bəyanatı anlaşılmazlıq və məyusluq doğurur”
Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur.
GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir:
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hal-hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır. Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib".
Vurğulanıb ki, uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib:
"Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib".
XİN-nin bəyanatında bildirilib ki, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir:
"Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.
Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur. Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək".
Bölməyə aid digər xəbərlər

Tarix: 15-07-2023, 23:57 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
27-03-2022, 23:46
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
6-11-2021, 08:10
Rusiya XİN-dən 10 noyabr bəyanatı ilə bağlı AÇIQLAMA
24-04-2023, 14:05
“Fransa XİN-in mətbuat katibinin bəyanatı tamamilə əsassızdır”
12-08-2021, 16:51
Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi