21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Hikmət Hacıyev: “İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir”

Hikmət Hacıyev: “İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir”

İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.

GununNebzi.az xəbər verir ki,Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ermənistan indiyədək Birinci Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4 000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:

“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığa qovuşduğuna çox seviniblər”.

Qeyd edək ki, dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu itkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirildiyi barədə məlumat yayıb.

Tarix: 19-08-2023, 10:13 Oxunub: 9


Bölməyə aid digər xəbərlər