21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Növbəti humanitar yük Xankəndiyə yola salındı

Növbəti humanitar yük Xankəndiyə yola salındı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağda yaşayan erməni sakinlər üçün göndərilən humanitar yüklə bağlı məlumat yayıb.

GununNebzi.az
xəbər verir ki, məlumatda deyilir:

“2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb”.

Tarix: 26-09-2023, 12:37 Oxunub: 15


Bölməyə aid digər xəbərlər