23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Millət vəkili: “Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəm”

Millət vəkili: “Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəm”“Ölkəmizdə artıq 7-ci aydır ki, pandemiya səbəbindən karantin elan olunub. Milli Məclis pandemiya dövründə qanunlar qəbul edib. Pandemiyanın qarşısını almaq üçün hər bir tədbir görülüb və qanunlar da qəbul olunub. Nazirlər Kabinetində Baş nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb”.

GununNebzi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Onun sözlərinə görə, hər gün insanlara COVİD-19-la bağlı məlumatlar verilir: “Kimliyindən asılı olmayaraq heç kəs toy, yas və nişan mərasimləri keçirə bilməz”.

Eldar Quliyev bildirib ki, belə bir toyu hansısa adi adamın deyil, ölkə rəhbərliyində təmsil olunan şəxsin etməsi qəbuledilməzdir: “Bu toyu tanınmış və savadlı şəxslər edib. Bu yolverilməzdir. Tanınmış ziyalıların karantin müddətində toy etməsini qəbul edə bilmirəm. Bu hadisəni qınayıram. Eyni zamanda, bəzi deputat yoldaşlarımın da toyda iştirak etməsinə təəssüf edirəm. Dövlətin öz qanunları var. Hər birimiz o qanunlara riayət etməliyik. Qanunda da göstərilib ki, qaydaları pozanlar cəzalandırılmalıdır. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil. Artıq toy edən valideynlər qanun qarşısına çıxaraq cəzalandırılıblar”.

Parlamentarinin sözlərinə görə, heç bir deputatın qaydaları pozmağa ixtiyarı yoxdur: “Ölkə Prezidenti və Birinci vitse prezident bu məsələni daima diqqət mərkəzində saxlayır və insanların sağlamlığının qorunması istiqamətində xeyli işlər görülür. Deputat parlamentdə seçiciləri təmsil edir. Biz seçicilərimizə nümunə olmalıyıq. Biz deputatlar seçilmiş insanlarıq. Hər birimiz ali təhsilli, savadlı, ziyalı şəxslərik. Türkiyədə belə bir ənənə var. Hətta sabiq millət vəkilinə “sayın millət vəkilim” deyə müraciət edirlər. Bu ənənə bizdə də olmalıdır. Biz hər kəsin qarşısında nümunəvi addımlarımızla seçilməliyik. Göstərməliyik ki dövlətin qanunu hər şeydən vacibdir. Dövlət bu qanunu qəbul edibsə biz o qanunlara birmənalı olaraq əməl etməliyik. Parlamentdə əyləşən hər bir deputat ziyalıdır. Qəbul etdiyimiz qanunları pozmağa ixtiyarımız yoxdur”.


Tarix: 22-08-2020, 20:30 Oxunub: 142


Bölməyə aid digər xəbərlər