02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Ceyhun Bayramovdan Rusiya peyvəndi ilə bağlı açıqlama

Ceyhun Bayramovdan Rusiya peyvəndi ilə bağlı açıqlama“Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V” peyvəndinin təsdiqlənməsindən sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”.

GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov TASS agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvü olan bir dövlət olaraq, yeni virusun aradan qaldırılmasında və vətəndaşların sağlamlığının qorunmasında bu təşkilatın tövsiyələrinə və müalicə üsullarına riayət edir. Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V” peyvəndinin tanınması üçün lazımi prosedurlar tamamlandıqdan sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik. Şübhə yoxdur ki, koronavirusa qarşı təsirli və ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır”,- deyə XİN rəhbəri qeyd edib.


Tarix: 25-08-2020, 18:25 Oxunub: 153


Bölməyə aid digər xəbərlər