Növbədənkənar prezident seçkisi elan olunandan sonra Mərkəzi Seçki Komissiyası müvafiq addımları atdı. Bizim ümumi maarifləndirmə proqramımız var. Biz müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik. Biz Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminara başlayırıq.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, qanuna uyğun seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır.
“Bütün seçki iştirakçıları - prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri - həmin hüquqlardan yararlana bilərlər. Bizim məqsədimiz odur ki, bütün tərəflər öz hüquqlarını bilsinlər. Müraciətlər qanuna uyğun şəkildə ünvanlanmalıdır",-deyə M.Pənahov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də prezident seçkiləri keçiriləcək.
Bölməyə aid digər xəbərlər