Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
GununNebzi.az-ın qafqazinfo -ya istinadən məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Məlumata görə, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.
Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.
***
Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib.
Bölməyə aid digər xəbərlər