Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhkəməyə verilib.
GununNebzi.az xəbər verir ki, bu barədə Ə.Kərimli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:
“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb”.
AXCP sədri elektron məhkəmə portalında şikayətçinin kimliyinin göstərilmədiyini deyib: “Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Kərimlini AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib. Belə ki, Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Bölməyə aid digər xəbərlər