02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Ermənistan bir neçə önəmli məqamı mətndən çıxarıb”

“Ermənistan bir neçə önəmli məqamı mətndən çıxarıb”
“Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında təzadlı fikirlər eşitdik”.

GununNebzi.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan sülh sazişi üzrə öz növbəti versiyasını 24 iyunda qarşı tərəfə təqdim edib:

“Bundan təxminən 70 gün sonra, mətbuat konfransından saatlar əvvəl Ermənistan öz versiyasını göndərib. Burada bir neçə önəmli məqamın mətndən çıxarıldığını gördük. Yanaşmamız ondan ibarətdir ki, bu saziş və orada qeyd olunan hər maddənin çox böyük mənası var və taleyüklü məsələlərdir.

Tövsiyəmiz Ermənistanın bu məsələlərə ciddi yanaşması olardı. Azərbaycan yaxın zamanlarda ölkəmizin milli maraqlarına cavab verən versiyanı Ermənistana təqdim edəcək. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Ermənistan baş nazirinin mətbuat konfransında konstitusiya mövzusunda hansısa parallelik aparması cəhdləri də tamamilə əsassız və qəbuledilməzdir”.


Tarix: 2-09-2024, 14:00 Oxunub: 0


Bölməyə aid digər xəbərlər