“Xəzər dənizində nəsli kəsilməkdə olan heyvanlar yaşayır. Mən bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət etmişəm. O, həqiqətən də suitilərin və digər su heyvanlarının müdafiəçisidir”.
Bunu Kapitan Paul Vatson Fondunun nümayəndəsi Elissa Filips deyib.
O, Azərbaycanda keçirilən COP29 barədə də fikirlərini bölüşüb: “Bu, mənim iştirak etdiyim ikinci COP tədbiridir. İqlim üzrə keçirilən keçənilki COP-da da iştirak etmək imkanım oldu. COP29-un təşkil olunmasından çox məmnunam. Düşünürəm ki, tədbiri proqram və interaktiv xəritə ilə idarə etmək həqiqətən asandır. Bu cür tədbirlər həqiqətən də bizim kimi təşkilatlara kömək edir. Keçən il Dubayda keçirilən COP28 ilə bu il Bakıda keçirilən COP29 tamamilə fərqlidir”.
(Azərtac)
Bölməyə aid digər xəbərlər