21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
İsrail həmişə haqq səsini dünyaya çatdırıb - Vahid Əhmədov

İsrail həmişə haqq səsini dünyaya çatdırıb - Vahid ƏhmədovTürkiyə, Pakistan, İsrail və s. ölkələrin Azərbaycanla sıx dostluq əlaqələri var və bu əlaqələr keçmişə söykənir. İsrail həmişə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Ermənistan nə qədər çalışsa da, Azərbaycan İsrail arasındakı münasibətləri poza bilməyəcək.

GununNebzi.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deyib. O, açıqlamasında Ermənistanın öz səfirini İsraildən geri çağırmasına münasibət bildirib:

“Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq haqqında müəyyən sazişlər var. Hərbi sənaye kompleksinin inkişafında İsrail bizə yardım edir. Ermənilər anlayır ki, İsrail dünyada öz sözünü deyən dövlətlərdən biridir. Hesab edirəm ki, tezliklə İsraildə Azərbaycan öz səfirliyini də açmalıdır.

Ümumiyyətlə, ermənilərin yəhudilərlə münasibətləri tarix boyu ürəkaçan səviyyədə olmayıb. Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Ötən əsrin əvvəllərində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olub. Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb. Sadəcə 31 Mart soyqırımında deyil, 90-cı illər hadisələrində də yəhudilər Azərbaycan Ordusunda qəhrəmancasına həlak olub.

Ermənilər öz hiyləgərliyini hər yerdə istifadə etmək istəsə də, son dövrlərdə bu, keçmir. Nə dünya, nə də Azərbaycan əvvəlki deyil. Azərbaycan kifayət qədər təcrübəyə malik, iqtisadi və hərbi gücü olan dövlətdir. Odur ki, bizim haqq səsimizi müdafiə edən ölkələr də Ermənistanı dəstəkləyənlərdən çoxdur. İsraillə kifayət qədər yüksək səviyyədə münasibətlərimiz olduğu üçün Ermənistan səfirliyini ordan geri çağırmağa qərar verib. Hər halda bu məsələ bizi narahat etmir. Bizi narahat edən odur ki, torpaqlarımızı azad edək”.


Tarix: 2-10-2020, 17:29 Oxunub: 414


Bölməyə aid digər xəbərlər