23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov: “Düşmənin məqsədi bu münaqişəyə üçüncü tərəfi qatmaqdır”

Ceyhun Bayramov: “Düşmənin məqsədi bu münaqişəyə üçüncü tərəfi qatmaqdır”“1994-cü ildə atəşkəs əldə olunandan 2018-ci ilə qədər biz danışıqlar vaxtının uzadılması, danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdiksə, 2018-ci ildən etibarən artıq bu danışıqlar prosesində fərqli gündəm yarandı. Hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan tərəfindən atılan addımlar və Ermənistanda formalaşan hərbi-siyasi rəhbərlik danışıqları tamamilə məhv etməyə başladı”.

GununNebzi.az-ın xəbərinə görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, N.Paşinyanın idarəçiliyi altında Ermənistan 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hərbi təxribatlara başlayıb:

“Bu təxribatlar avqust ayında da təkrarlanıb. Eyni zamanda son olaraq sentyabrın 27-dən başlayaraq həyata keçirilən hərbi təxribatlar hadisələri dünya ictimaiyyətinə də açıq şəkildə göstərdi. Düşmən ilk gündən mülki əhalini, heç bir hərbi əhəmiyyəti olmayan məntəqələri ağır artilleriya atəşinə tutur.

Ermənilərin Azərbaycanın heç bir hərbi əməliyyatı olmayan yaşayış məntəqələrinə müxtəlif ağır artilleriyadan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 27 mülki şəxs həyatını itirib,143 nəfər isə ağır yaralanıb.

Bu yeni taktika deyil, düşmən bunu 1990-cı ilin əvvəlində də edib. Onun məqsədi əhali arasında panika yaratmaqdır. Lakin bu təxribatlar, provaksiyalar bitmir. Belə ki, daha bir təxribat Ermənistanın öz ərazisindən Azərbaycanın Daşkəsən, Şəmkir şəhərlərini, mülki yaşayış obyektlərini hədəfə alması oldu. Burada düşmənin məqsədi bu münaqişəyə üçüncü tərəfi qatmaqdır. Biz bunu başa düşürük”.



Tarix: 6-10-2020, 16:31 Oxunub: 134


Bölməyə aid digər xəbərlər