02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
"Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı" - Prezident

"Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı" - PrezidentATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada dırnaqarası fəaliyyət göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.

GununNebzi.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində Minsk qrupunun vasitəçilik missiyası barədə danışarkən səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan üç ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, üç ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. “Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Tarix: 9-10-2020, 23:21 Oxunub: 138


Bölməyə aid digər xəbərlər