01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Üç müxalifət lideri Ali Baş Komandanı təbrik etdi

Üç müxalifət lideri Ali Baş Komandanı təbrik etdiAli Baş Komandan, Prezident İlham Əliyev dünən, noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlayandan sonra Azərbaycanın müxalifət liderləri dövlət başçısını təbrik ediblər.

GununNebzi.az xəbər verir ki, “Real” partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında Prezidentə müraciət edərək Azərbaycan xalqının yumruq kimi birləşdiyini bildirib: “Silahlı qüvvələrimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə partiyamızın adından Sizi təbrik, bu milli hədəfə çatmaqdan ötrü gördüyünüz bütün işlərinizə görə Sizə dərindən təşəkkür edirik.


Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir. Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik”.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də Şuşanın işğaldan azad olunması ilə bağlı sevincini bölüşərək dövlət başçısını təbrik edib: “Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu! Yaşa var ol, qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan silahlı qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!”

AXCP sədri Əli Kərimli də video müraciət yayaraq Ali Baş Komandan İlham Əliyevi təbrik edib: “Son bir ayda İlham Əliyeva beynəlxalq güclər tərəfindən böyük basqılar var idi ki, ordumuzun bu zəfər yürüşü durdurulsun. Başqa cür ordumuzu durdura bilmirdilər. Ona görə hər tərəfdən böyük basqılar vardı. İlham Əliyev xalqımıza güvənərək axıra qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu böyük bir qələbədir və bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan olaraq İlham Əliyevi də təbrik edirəm”.


Tarix: 9-11-2020, 13:11 Oxunub: 240


Bölməyə aid digər xəbərlər