Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsi şəhidlərinin ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işləri davam etdirir.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Qasım Abdullazadənin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.
Nazirlikdən verilən məlumata görə, Qasım Abdullazadə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Anası, qardaşı və bacısı ilə birgə yaşayıb. Ailə ilə görüş zamanı şəhidin qardaşı Orxan Abdullazadə və bacısı Təhminə Abdullazadə özünüməşğulluq proqramından yararlanmaq istədiklərini bildiriblər.
Şəhidin qardaşına istədiyi avadanlıqlar təqdim edilib. Yaxın günlərdə şəhidin bacısı üçün də proqram çərçivəsində kiçik müəssisə yaradılacaq. Şəhidin anası Mehbarə Abdullayevanın da məşğulluğu təmin edilib. O, istəyi əsasında haqqı ödənilən ictimai işə cəlb edilib.
Bunlarla yanaşı, ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin, hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı həyata keçiriləcək.
Bölməyə aid digər xəbərlər