20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib

Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1 700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.

Bu ay nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.


Tarix: 27-12-2020, 11:42 Oxunub: 294


Bölməyə aid digər xəbərlər