13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı 60 qanuna dəyişiklik edilir
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Musa Quliyev bildirib ki, iclasın gündəliyinə birinci oxunuşda müzakirəyə çıxarılan 7 məsələ daxil edilib.
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına lisenziya tələb olunmayacaq
Prezidentin köməkçisi: "Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, gündəlik yoluxmalar azalıb"
Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən bərpa olunub
Bunlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə; Əmək Məcəlləsində, Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında; “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir.
Ümumi razılığa əsasən eyni xarakter və məzmun daşıyan dəyişikliklər birlikdə müzakirə edilib. Qanun layihələrinin mahiyyəti barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, 60 qanuna əlavə və dəyişikliklər irəli sürülüb. Vurğulanıb ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə əlaqədardır.
Burada əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasına keçiddir. Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur. Şöbə müdiri dəyişikliklərin əlillik təyinatının daha obyektiv aparılmasına təminat verdiyini vurğulayıb, onların hazırlanması prosesində təhlil edilmiş qabaqcıl beynəlxalq təcrübələrdən danışıb. Dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.
İclasda iştirak edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışlarında əlilliyin təyinində yeni yanaşmaların, yeni standartların tətbiqində əlillərin mənafelərinin əsas götürülməsinin əhəmiyyətindən danışıblar. Komitə sədrləri əlillik təyinatlarında ünvanlılığın və sosial ədalətin təmin edilməsi, bu sahədə beynəlxalq təcrübənin və standartların tətbiqi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinin aktuallığına toxunublar.
Komitənin iclasında deputatlar Soltan Məmmədov, Jalə Əhmədova, Kamal Cəfərov, Əziz Ələkbərov, Aqil Məmmədov çıxış ediblər, qanun layihələrinə təklif olunan dəyişikliklərlə bağlı rəy və təkliflərini bildiriblər. Deputatlar beynəlxalq standartlardan və pozitiv təcrübədən qaynaqlanan mütərəqqi normaların milli qanunvericilikdə təsbit olunmasını müsbət qarşılayıblar.
İclasa dəvət olunmuş Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və həmin nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, sualları cavablandırıblar.
Tədbirin sonunda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri gündəlikdəki 7 məsələni birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Onlayn iclasda deputatlardan Rauf Əliyev, Jalə Əliyeva, Vüqar Bayramov, Səttar Möhbalıyev, Arzu Nağıyev, Ziyad Səmədzadə, Cəbi Quliyev, Naqif Həmzəyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-06-2021, 17:54 Oxunub: 182
Bölməyə aid digər xəbərlər
19-06-2020, 18:57
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi AÇIQLANDI
18-12-2020, 11:10
Milli Məclisin iclası başladı - YENİLƏNİB
11-12-2020, 10:18
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
31-07-2020, 16:44
Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub
27-05-2021, 11:54
Milli Məclisin iclası başladı