21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, açılmır”

“Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, açılmır”

Medianın İnkişafı Agentliyi 39 sayta dəstək olaraq 6 aylıq maliyyə vəsaiti ayırdıqdan sonra bir neçə gündür ki, sözügedən mövzu media sektorunda müzakirə olunur. Müsabiqənin ədalətli olduğunu deyən qaliblərlə yanaşı seçilmədiyi üçün narazı qalanlar da var.

GununNebzi.az
xəbər verir ki, onlardan biri də tanınmış jurnalist, Azpost.info saytının rəhbəri Xəqani Səfəroğludur. O bildirib ki, müsabiqəyə müraciət etsələr də, onlara yardım verməkdən imtina edilib:

“Niyə?” sualı özümə də aydın deyil. Hazırda bunun səbəblərini araşdırıram. Saytlar hansı prinsiplə seçilib? Qiymət verən ekspertlər kim olub? Saytlar seçilərkən xəbər yükü necə müəyyən olunub? İP-yə (oxunma sayı-red.) yoxsa, jurnalistikaya üstünlük verilib? Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, sayt açılmır. Digərinin isə nə ünvanı var, nə baş redaktorun adı”.

X.Səfəroğlu qeyd edib ki, bütün saytlar eyni xəbərləri yayır: “Xəbər lentinin 95 faizi bir-birinin təkrarıdır. Bəs o zaman Azpost.info hansı kriteriyaya görə yardım siyahılarından kənar qalır?”

Müsabiqədə qalib olan saytların siyahısını bir daha təqdim edirik:
“Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, açılmır”

Tarix: 5-07-2021, 18:11 Oxunub: 148


Bölməyə aid digər xəbərlər
23-06-2021, 00:49 Bu saytlar bloklandı