DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları aztəminatlı ailələrə baş çəkiblər.
gununnebzi.az xəbər verir ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Astara və Lənkəran rayonları ərazisində çölə çıxa bilməyən tənha yaşayan yaşlı insanlara, xəstəlikdən əziyyət çəkən sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər.
Yaşı 65 dən yuxarı olan şəxslərin hal-hazır ki, karantin qaydalarına uyğun olaraq çölə çıxa bilməmələri nəzərə alınaraq onlara müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət sovqat aparılıb.Ümumilikdə 20 ailənin ünvanına qida və tibbi ləvazimatlar maska və spirt çatdırılıb.
Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Daxili İşlər nazirinə minnətdarlıqlarını bildiriblər.
Bölməyə aid digər xəbərlər