15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Baş nazirdən qrant müqavilələri ilə bağlı - Qərar

Baş nazirdən qrant müqavilələri ilə bağlı - Qərar

Nazirlər Kabineti qrant müqavilələrinin qeydə alınması qaydasında dəyişiklik edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

“Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, Sərəncamda Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi əsasında qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb.

Qərara əsasən, dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərindən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəası müəyyən edilir.

Tarix: 18-11-2021, 20:45 Oxunub: 162


Bölməyə aid digər xəbərlər