21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda 11 yaşlı uşaq acınacaqlı vəziyyətdə... - Foto

Bakıda 11 yaşlı uşaq acınacaqlı vəziyyətdə... - Foto

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında narkotik maddə istifadəçisi olduğu deyilən 11 yaşlı uşaqla bağlı məlumat paylaşıb.

GununNebzi.az
xəbər verir ki, o, betonun üzərində yatan R-nın narkotik asılılıqdan psixi xəstəyə çevrildiyini deyir. Onun sözlərinə görə, aidiyyəti orqanlar azyaşlıya kifayət qədər dəstək göstərməyiblər: “Həmin uşaqdır, dəfələrlə yerləşdirilən, dəfələrlə qaçan və ya qaçmağa şərait yaradılan... Bu uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmasa, onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. Nizami metrosunun, Kapital Bankın yaxınlığındadır. Bu uşaq Azərbaycan vətəndaşıdır. R-nı dəfələrlə Bakı şəhər Polis İdarəsinin əməkdaşları, Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyəti, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin 103 xidməti vasitəsi ilə dispanserə, xəstəxanaya yerləşdirilib. Amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları "ayyy, qaçdı!" deyib xəstə bir uşaqdan qurtulublar”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, bir neçə dəfə uşağı səhiyyə müəssisəsinə yerləşdirsələr də, qaçıb: “Həmin azyaşlı dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə oradan qaçıb. Sonuncu dəfə bizim əməkdaşın iştirakı ilə təcili yardım avtomobili ilə aparılan zaman qaçmışdı. Azyaşlı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın tapılması ilə bağlı iş aparılır. Uşaq tapılandan sonra komitənin əməkdaşları ilə birlikdə xəstəxanaya təhvil veriləcək”.
Bakıda 11 yaşlı uşaq acınacaqlı vəziyyətdə... - Foto

“Qafqazinfo”

Tarix: 13-01-2022, 15:35 Oxunub: 147


Bölməyə aid digər xəbərlər