21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Nardaranda magistral qaz xətti zədələndi - 4000 abonent qazsız qaldı

Nardaranda magistral qaz xətti zədələndi - 4000 abonent qazsız qaldıPaytaxtın Sabunçu rayonunda magistral qaz kəməri zədələnib.

Bu barədə Azəriqaz İB-dən məlumat verilib.

Bildirilib ki, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen “Digah-Bilgəh” magistral qaz kəməri zədələnib:

“Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlər qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib. Hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir”.


Tarix: 4-02-2024, 19:55 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
10-05-2022, 21:30 Sabah bu rayonda qaz olmayacaq