Yasamal rayonu Yeni Yasamal 1 massivində yaşayan 150-yə yaxın ailə yaşadıqları 11 və 12-ci binaların (Məhəmməd Xiyabani küçəsi) həyətinin abadlaşdırılması ilə bağlı müraciət hazırlayıb.
GununNebzi.az xəbər verir ki, Bakı şəhərində xeyli məhəllə və həyətin abadlaşdırılmasını həyata keçirən İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova ünvanlanan müraciətdə ümumilikdə 20 bloku olan 11 və 12 saylı binaların həyətinin vəziyyətinin acınacaqlı olduğu və abadlaşdırılmasının vacibliyi qeyd edilib.
Müraciətdə bildirilib ki, bu iki binada 180 mənzil yerləşir və yaxınlıqda hər hansı park, istirahət sahəsi yoxdur. Karantin rejiminin tətbiq edildiyi müddətdə uşaqlar və qadınlar hər hansı şərait olmadığı, bütün həyət boyu ərazilər tutulduğu üçün gəzinti üçün yer belə tapa bilmir. Həyətdə uşaqların oynaması, istirahət etməsi üçün heç bir şərait yoxdur və bütün ərazi avtomobilləşdiyi üçün azyaşlıların həyatına tez-tez təhlükə yaranır.
Həmçinin qeyd edilib ki, binanın həyəti ilə yanaşı bloklar və binanın fəsadı da bərbad vəziyyətdədir.
/"Publika.az"
Bölməyə aid digər xəbərlər