15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad edilə bilər

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad edilə bilərƏmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.

GununNebzi.az xəbər verir ki, Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün ƏƏSMN tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.


Tarix: 14-09-2020, 17:17 Oxunub: 173


Bölməyə aid digər xəbərlər