23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb

Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıbŞanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

GununNebzi.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib ki, Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin işçiləri tərəfindən su anbarına baxış keçirilib. Su anbarına baxış zamanı məlum olub ki, erməni faşistləri tərəfindən Hidroqovşağda suyun idarəolunmasını təmin edən bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb.

"Lakin, bu, biz melioratorları ruhdan salmır. Çünki biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Suqovuşan hidroqovşağı və onunla yanaşı Tərtərçay suvarma sistemi də yenidən bərpa edilərək əvvəlki vəziyyətindən də yaxşı hala salınacaq. Nəinki Suqovuşan irriqasiya kompleksi, eləcə də işğaldan azad olunacaq digər su təsərrüfatı obyektlərimiz də yenidən təmir olunacaq, torpaq və su istifadəçilərin ixtiyarına veriləcək. Qarabağ torpağı bərəkətli torpaqlardır. Həmişə bu torpaqlardan bol məhsul götürülüb. Bundan sonra biz buradan daha bol məhsul əldə edəcəyik".


Tarix: 16-10-2020, 16:49 Oxunub: 174


Bölməyə aid digər xəbərlər